Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə “ARM” prosessoru ilə təchiz edilmiş “Mac” noutbukları istehsal ediləcək


Bir neçə ildir “Apple” şirkətinin “Intel” prosessorlarından imtinası haqda internetdə məlumat verilir. Amma, ehtimal ki, 2016-cı ildə bu reallaşacaq.

“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, iki il sonra "alma" korporasiyası “ARM” prosessoru ilə təchiz edilmiş “Mac” noutbukunu nümayiş etdirə bilər. Bu haqda şirkətin keçmiş icraçı direktoru Jan Lui Qasse deyib. O bildirib ki, bir müddət əvvəl özü buna şübhə ilə yanaşıb. Ehtimal ki, Jan hər hansı məlumata malikdir ki, fikrini dəyişib.

Qasse özü fikrini dəyişməsini “Apple”da Cobsun vəsiyyətlərinə riayət etmək arzusu ilə izah edir. Stiv məhsulun hər elementinin yaradılmasına nəzarət etmək istəyirdi, ona görə şirkət bütün lazımi çipləri özü istehsal etməlidir.

“Apple” kompüterlərinin yeni prosessorlara keçidi haqda nəzəriyyənin tərəfdarları hesab edirlər ki, uzunmüddətli perspektivdə əsas üstünlük qənaət olacaq. Takt tezliyinin artırılması ilə çiplərin gücü dəyişməyəcək, avtonom iş vaxtı yalnız artacaq.

Emil Hüseynov




05/08/14    Çap et