Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” abunəçilərinə balanslarını doldurmaq üçün ödəniş terminallarından istifadə etməyi tövsiyə edib


“Bakcell” şirkəti ötən həftə ərzində bazarda “Bakcell” ödəmə kartlarının çatışmazlığı ilə bağlı müşahidə olunan vəziyyət kartların ölkəyə gətirilməsi zamanı şirkətdən asılı olmayan səbəblərdən baş vermiş gecikmə ilə bağlı olduğunu bildirib.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Bakcell” yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələni edib və bu həftə ərzində kartların bazara paylanması ilə bağlı işlər davam etdiriləcək. “Bakcell” şirkəti yaranmış narahatlığa görə abunəçilərindən üzr istəyir və bir necə gün ərzində məsələnin öz həllini tapacağını bildirir.
 
Eyni zamanda “Bakcell” xidmətlərindən istifadəyə davam etmək üçün abunəçilərinə alternativ ödəmə vasitələrindən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) istifadə etməyi  tövsiyə edib.
 
Alternativ ödəmə vasitələrindən istifadə olunması abunəçiyə bonus dəqiqələr qazanmaq imkanı verir.
 
Əvvəlcədən ödəmə sistemində olan abunəçilər avqust ayının 10-a kimi alternativ kanallar vasitəsilə ən azı 3 manat ödəniş etməklə şəbəkədaxili 10 pulsuz dəqiqə əldə edəcəklər.
 
Aynur Vəliyeva
 
 




06/08/14    Çap et