Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messenceri artıq “Android Wear” ilə dəstəklənir


“WhatsApp” messencerinin “Android Wear” tərəfindən dəstəklənməsi təmin olunub.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, məşhur  “WhatsApp” mobil messencerinin tərtibatçıları bu gün “Android Wear” əməliyyat sistemi ilə dəstəklənən məhsulların yeni beta-versiyasını təqdim ediblər.  Bu funksional “WhatsApp”ın smart-saatlarla birgə istifadəsinə imkan verir.
 
Yeni versiya smart-saatların ekranında mesajlarının tarixçəsini görmək imkanı verir və ən vacibi odur ki, istifadəçi mesajı səslə cavablandırmaq imkanına malik olur.

Bu gün “WhatsApp”dan dünya üzrə 500 milyona yaxın insan istifadə edir. Xatırladaq ki, bu ilin yazında messencer “Facebook” tərəfindən 19 milyard dollara alınıb.
Qeyd edək ki, “WhatsApp”ın yeni versiyasına təkcə tərtibatçının saytından çıxmaq olar, lakin rəsmi mobil əlavələr kataloqlarında bu mümkün deyil. Daha ətraflı məlumatı “http://www.whatsapp.com/android/” internet ünvanından almaq olar.
 
Aynur Vəliyeva
 




07/08/14    Çap et