Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“R.I.S.K.” və “Cisco” şirkətləri tərəfdaşlığı genişləndirib


“R.I.S.K.” şirkəti  “Cisco Gold Certified Partner” tərəfdaşlıq statusunun sahibi olub.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müstəqil audit nəticəsində verilmiş yeni status “R.I.S.K.”  şirkətinin peşəkarlıq səviyyəsinin göstəricisi və onun “Cisco”nun sertifikasiya siyasətinə uyğun olduğunun, o cümlədən şirkətin personala olan tələblərinin, həllərin dəstək keyfiyyətinin, tələb olunan ixtisaslaşmaların mövcudluğunun və sifarişçilərin məmnunluğunun göstəricisidir.
 
Şirkətin fəaliyyətinin qiymətləndirmə meyarları, biznes proseslərin effektivliyi və stabilliyi, texniki ekspertizanın, texnoloji laboratoriyanın mövcudluğu, satış öncəsi prosedurların hazırlama səviyyəsi, layihələrin uğurla reallaşdırma təcrübəsinin olması, həmçinin sifarişçilərin resenziyasından ibarətdir.
 
Hazırda “R.I.S.K.” Azərbaycanda “Cisco” ilə əməkdaşlıq üzrə ən yüksək statusa malik olan şirkətdir. Şirkətlər 1997-ci ildən etibarən əməkdaşlıq edirlər və bu illər ərzində bir sıra infrastruktur layihələr və innovativ həllər tətbiq ediblər.
 
Aynur Vəliyeva




07/08/14    Çap et