Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Roma Papası gəncləri internetdə az vaxt keçirməyə səsləyib


Roma Papası Fransısk I gəncləri internetdə az vaxt keçirməyə səsləyib.

“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, o, Almaniyada 50 min insan qarşısında çıxışı zamanı belə fikir səsləndirib.
 
"Bizim həyatımız zamandan asılıdır, zaman Allahın hədiyyəsidir, buna görə onu düzgün sərf etmək lazımdır" – pontifik deyib.
 
O, yalnız internetdə deyil, həm də televizor ekranı qarşısında az vaxt keçirməyin məqsədəuyğun olduğunu qeyd edərək, gəncləri "smartfon ekranı" qarşısında az vaxt keçirməyə və daha çox ətraf dünyaya vaxt ayırmağa çağırıb.
 
 
Emil Hüseynov
 




07/08/14    Çap et