Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalıların gün ərzində smartfonlara ayırdıqları vaxt müəyyən edilib


Böyük Britaniyanın media tənzimləyicisi olan OFCOM təşkilatı britaniyalıların gün ərzində smartfonlara ayırdıqları vaxtı müəyyən etmək üçün sosial sorğu keçirib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, sorğunun nəticələri göstərib ki, orta hesabla yaşca böyük britaniyalılar sosial şəbəkələrdəki  statusların yenilənməsinə və sms-ünsiyyətə gün ərzində 8 saat 41 dəqiqə ayırırlar.
 
Onların bir çoxunun eyni zamanda iki qurğudan birini telefon rabitəsi, digərini isə internetdə işləmək üçün istifadə etdikləri məlum olur. Məlum olub ki, onlar gün ərzində smartfonlara 11 saatdan çox vaxt sərf edirlər.
 
Aynur Vəliyeva 
 




08/08/14    Çap et