Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videokameralı eynək


“ZionEyez” şirkəti Eyez eynəyinə ilkin sifarişlərin qəbuluna başlayıb. Eynək 720p formatında materialları çəkməyə icazə verən videokamera ilə təchiz edilib. Akkumulyator batareyasının bir yenidən yükləməsi 3 saat iş üçün kifayətdir.
Video eynək MicroUSB portu, 8 QB inteqrasiya edilmiş fləş yaddaş və Bluetooth simsiz əlaqə adapteri ilə təchiz olunub. IPhone və Android qurğular üçün Eyez proqram təminatı vasitəsilə yazılmış video smartfona yüklənə və sonra mobil şəbəkə vasitəsilə internetdə yerləşdirilə bilər.
Eynək dəyişən şüşələrə malikdir. Bu da alıcılara uyğun linzaları və ya gündən qoruyucu şüşələri seçməyə icazə verəcək.
Eyez eynəyinin dəyəri 200 dollardır.




06/06/11    Çap et