Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows XP” əməliyyat sisteminin 10 yaşı tamam oldu


“Microsoft” şirkəti düz 10 il əvvəl “Windows XP” əməliyyat sisteminin ilk surətlərinin tədarükünə başlayıb. Arxada qalan 10 il ərzində bu əməliyyat sistemi çox məşhur olub.

Sonralar “Vista” və “Windows 7” əməliyyat sistemlərinin çıxmasına baxmayaraq, “Windows XP” indiyədək dünyada ən geniş yayılmış stolüstü əməliyyat sistemidir.

Əvvəlki “Windows 2000” sistemindən fərqli olaraq “Windows XP” müştəri sistemi idi. “Windows Server 2003” isə onun server analoqu sayılır. “Microsoft” şirkəti 2009-cu il aprel ayının 14-dən “Windows XP” əməliyyat sisteminin pulsuz dəstəklənməsini dayandırıb.

2011-ci il may ayının sonuna olan məlumata əsasən, “Windows XP” 40.7% bazar payı ilə dünyada ən geniş istifadə edilən əməliyyat sistemidir. Bu göstərici 2007-ci ilin yanvar ayında maksimum (76.1%) olub.




24/08/11    Çap et