Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “Windows Phone 7” üçün “Skype”ın dəstəyini dayandırır


“Windows Phone 7” (WP 7) platforması ilə işləyən mobil qurğularına “Skype” tətbiqini quraşdırmış istifadəçilər xidmətdən istifadə edə bilmirlər.

“Microsoft” bir neçə həftə sonra “WP 7” platforması üçün “Skype” xidmətinin dəstəyini dayandırmaq niyyətindədir.

“ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, proqram nəhəngi “WP 7” platforması ilə işləyən mobil qurğularına “Skype” quraşdırmış istifadəçilərə xəbərdarlıq edir ki, onlar xidmətə daxil ola bilməyəcəklər.

“Microsoft” rəsmiləri deyir ki, “WP 7” üçün proqram dəstəyini uzatmaqdan imtinaya səbəb istifadəçilərə “Skype”ın ən yaxşı versiyasını təqdim etməkdir.

Emil Hüseynov
 




11/08/14    Çap et