Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 6” smartfonunun yeni şəkilləri dərc olunub (FOTOLAR)


Britaniyanın "TechRadar" nəşri yeni nəsil "Apple iPhone" smartfonunun firma qutusunda yeni şəkillərini dərc edib. Fotoşəkillərin mənbəyi nəşrə məlumat verib ki, telefon "Apple"ın beta sınayıcısına məxsusdur. "TechRadar" nəşri iddia edir ki, fotoşəkillərdəki EXIF məlumatlarını, mənbə və şəkillərin redaktəsi faktını yoxlayaraq fotoşəkillərin etibarlılığına əmin olub.
 





"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, ötən həftə KİV-də "iPhone" smartfonunun çıxarılma tarixi açıqlanıb. "Apple" hər il yeni nəsil aparatlarının nümayişinə həsr edilmiş mətbuat konfransı keçirir. Bu il şirkət mətbuat konfransını 9 sentyabr 2014-cü il tarixində təşkil edəcək.
Analitik, sənayedəki mənbələr və detal tədarükçüləri tərəfindən təqdim  edilmiş, amma təsdiqlənməmiş məlumata əsasən, 2014-cü ildə "Apple" müxtəlif diaqonallı ekrana malik iki yeni "iPhone" smartfonu buraxacaq.






Aparatlardan biri 4,7 düymlük ekranla təchiz ediləcək. Bu, "iPhone 5s" aparatının əvəzedicisi olacaq. İkinci aparat 5,5 düymlük ekrana malik olacaq və planşetofonlar kateqoriyasına daxil olacaq. "Apple" bu modelin köməyi ilə "Samsung Galaxy Note", "Sony Xperia Z Ultra" və digər bu cür aparatlarla mübarizə aparmaq niyyətindədir.

Emil Hüseynov
 





11/08/14    Çap et