Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil TV xidmətlərinin geniş yayılması gözlənilir


Azərbaycanda 4G texnologiyası əsasında mobil TV xidmətərinin geniş yayılması gözlənilir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı direktoru Əli Əliyev bu prosesin gələn ildən başlanacağını bildirib.
 
“Gələn ildən etibarən mobil rabitə operatorları da mobil TV kontentini inkişaf etdirməyə başlayacaqlar. Artıq mobil rabitə operatorları bu istiqamətdə danışıqlara başlayıblar və gələn ildən etibarən 4G texnologiyasının geniş şəkildə yayılması ilə bağlı tədbirlər görüləcək”, - deyə o qeyd edib.
 
Aynur Vəliyeva
 




11/08/14    Çap et