Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın əməkdaşlarının 30 faizi qadındır


“The Wall Street Journal” nəşri yazır ki, “Apple” şirkətinin əməkdaşlarının 30 faizi qadındır. Nəşr vurğulayıb ki, bu göstərici “Google” və “Yahoo!” şirkətləri ilə eyni səviyyədədir.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Apple”ın ABŞ-dakı personalına gəlincə, şirkətin əməkdaşlarının 55 faizi ağdərili, 15 faizi asiyalılar, 11 faizi isə Latın Amerikasından gəlmələr və 7 faizi isə afroamerikalılardır.
 
Məqaləyə əsasən, “Apple” şirkətində son iki kateqoriyanın payı Silikon Vadisinin başqa böyük korporasiyaları ilə müqayisədə daha yüksəkdir.
 
Emil Hüseynov
 




13/08/14    Çap et