Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmin İnkişafı Fondu İKT təchizatını yaxşılaşdırır


Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu qalib qrant layihələri üzrə İKT avadanlıqlarının satınalınması üzrə təkliflər sorğusu elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, fond qalib qrant layihələri üzrə informasiya – kommunikasiya texnologiyalarının, avadanlıqlarının, azqiymətlilərin və qeyri-maddi aktivlərin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
 
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər avqustun 20-dək qəbul olunur. Maraqlanan təşkilatlar 012 563 61 11 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Aynur Vəliyeva



 




13/08/14    Çap et