Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sumqayıtda veb layihələr sərgisi keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi  ilə Sumqayıt şəhərində “Veb layihələr sərgisi” layihəsinin icrasına başlanılıb.
 
“Veb layihələr sərgisi” layihəsini həyata keçirməkdə məqsəd gənclərin innovativ ideyalarına dəstək olmaq, gənc İKT mütəxəssislərinin üzə çıxarılmasına, özlərini cəmiyyətə təqdim etməsinə nail olmaqdır. Eyni zamanda, gənclərin İKT sektoruna meyil etməsinə, gənc İKT mütəxəssislərinin stimullaşdırmağa çalışmaqdır.
 
 
Layihənin rəhbəri Ağasəlim Məmmədovun sözlərinə görə, layihə çərçivəsində İKT layihələrinin təqdimat- sərgisi təşkil olunacaq. Ekspertlərin, gənc mütəxəssislərin iştirak edəcəyi veb layihələr sərgisində layihələrlə bağlı fikir mübadiləsi aparılacaq.
 
 
Həqiqət İSABALAYEVA




21/08/14    Çap et