Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan RRB-nin iclasında təmsil olunacaq


Regional Rabitə Birliyinin (RRB) yaydığı məlumatda bildirilir ki, Azərbaycan Birliyinin rabitə sahəsində idarəedici orqanlarının fəaliyyətinin koordinasiyası üzrə komissiyanın 5-ci iclasında rabitə sahəsində göstərilən xidmətlərin lisenziyalaşması üzrə təcrübəsini bölüşəcək.

Qeyd edək ki, komissiyanın iclası 6 oktyabr 2011-ci il tarixdə Moldovanın Kişinyov şəhərində keçiriləcək.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi ölkənin texnoloji qanunvericilikdə rabitə xidmətlərinin göstərilməsi üzrə lisenziyaların texnoloji bitərəfliyinin ümumi hüquqi qaydaya salınmasına keçilməsi haqqında danışacaq.

İclas iştirakçıları, həmçinin telekommunikasiya bazarının liberallaşması, universal xidmətlərin tətbiqi və istifadəsi üzrə proseduralar, genişzolaqlı xidmətlər sahəsinə aid siyasətin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Universal girişin genişzolaqlı xidmətlərə yönəldilməsi, “elektron təhsil”, “elektron hökumət”, “elektron səhiyyə, “elektron ticarət”, istehlakçıların hüquqlarının müdafiəsi, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər iclasda müzakirə mövzusu olacaq.




25/08/11    Çap et