Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gündəlik “Google”dan 1 milyon pirat istinad silinir


Son aylarda hüquq müəlliflərinin “Google” şirkətinə qarşı sorğularının həcmi çox artıb. Bir neçə il əvvəl axtarış sistemindən ildə 10 və ya 100 istinad silməsi tələb olunurdusa, hazırda yalnız bir gündə şirkət təxminən 1 milyon belə tələb qarşısında qalır.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, beləliklə, “Google” şirkətinə hər 8 millisaniyədən bir istinadın silinməsi ilə bağlı sorğu edilir. Şirkət ötən həftə axtarış nəticələrindən 7,8 milyon istinad silib.
 
Emil Hüseynov





22/08/14    Çap et