Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İctimai Televiziya və Radio Yayımları Şirkəti texniki profilaktika keçirəcək


Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti texniki profilaktika keçirməyə hazırlaşır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu məqsədlə İctimai Televiziya və Radio Yayımları Şirkəti “AYRA-COM” MMC ilə müvafiq müqavilə  imzalayıb.
 
Müqavilə kompüter avadanlıqlarının təmiri, proqram təminatının alınması və profilaktika xidmətlərinin satın alınmasını nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 30000,9 manatdır.
 
Aynur Vəliyeva
 




22/08/14    Çap et