Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “ “iTunes 12”ni təqdim etdi


Bir neçə saat öncə  “Mac App Store”da “OS X Yosemite” əməliyyat sisteminin yeni ictimai beta versiyası təqdim edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Mac Apple” üçün yeni əməliyyat sisteminin test versiyası iyul ayının sonunda təqdim edilib və bugünkü yenilənməyə bir sıra əlavələr tətbiq edilib.
 
“OS X Yosemite Beta 2” ümumilikdə bu həftənin bazar ertəsi tərtibatçılar üçün təqdim edilmiş altıncı beta versiya ilə tam identikdir. Yəni, bir neçə zahirən dəyişmiş təsvir,  “Xcode 6 beta 6”nın relizini və digər yenilənmələri daxil edir.
 
Bununla yanaşı, “Apple” şirkəti “iTunes 12”nin  (12.0.0.97 dəsti) beta versiyasını yükləmə üçün açıq edib.
 
“Apple” proqrama “Family Sharing” opsiyasını əlavə edib, bu da “App Store”, “iBooks Store” və “iTunes Store”dan alınan  məhsulları istifadəçinin maksimum altı ailə üzvü ilə bölüşməyə imkan verib. Eyni zamanda, pleylist və “Get info” bölümlərinin zahiri görünüşləri dəyişilib.
 
Aynur Vəliyeva




22/08/14    Çap et