Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Floridada kağız kitablardan imtina edilib


Florida Politexnik Universitetində tələbələr üçün yeni kitabxana istifadəyə verilib. Layihə üzərində tanınmış memar Santyaqo Kalatrava işləyib və yeni kitabxananın əsas özəlliyi ənənəvi kağız kitabların olmamasıdır.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşet, noutbuk və ya elektron oxuyucularından elektron kitaba çıxış əldə edə bilərlər.
 
Zərurət olduqda tələbələr kitabxanada quraşdırılmış printerlərin köməyi ilə lazımi materialları çap edə bilərlər.
 
Emil Hüseynov
 
 
 




28/08/14    Çap et