Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da polislərin videokameralarla təchiz olunması təklif edilir


ABŞ senatoru Kler Makkasill ölkənin bütün patrul polislərini avtomobilə quraşdırılan videoregistrator tipli portativ videokameralarla təchiz etmək təklifi ilə çıxış edib. Bu texnologiyanın tətbiqi ucuz başa gəlsə də, onun köməyi ilə hüquq-mühafizə orqanları tərəfindən əsaslandırılmamış zorakılıq problemini və digər sui-istifadə hallarını həll etmək mümkün olacaq.

Bu təklif ilk dəfə deyil səsləndirilir. Belə ki, əksər hüquq müdafiə təşkilatları əvvəllər də polisləri videoregistratorlarla təchiz etməyi təklif edib. Lakin bu təklif ilk dəfədir ki, parlamentin yuxarı palatasında səsləndirilir.

Artıq bir sıra ştatların polis şöbələrində patrul polislərinin bu avadanlıqla təchiz edilməsinə başlanıb. Bu yaxınlarda aparılan araşdırmadan məlum olub ki, bundan sonra zorakılığın tətbiqi ilə insidentlərin, eləcə də əhali tərəfindən daxil olan şikayətlərin sayı xeyli azalıb.  

Hüquq-mühafizə orqanları təşəbbüsün əleyhinə çıxsalar da, ictimaiyyət tərəfindən dəstəklənib. Çünki Ağ Evin saytında müvafiq petisiyanı 150 min nəfər imzalayıb və bundan sonra hökumətin buna reaksiya verərək rəsmi cavab verməsi gözlənilir, - "Xaker www.xakep.ru" yazır.  




29/08/14    Çap et