Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “Samsung” üçün “Here” xəritəsini istifadəyə verəcək


Mobil bölməsinin satışından sonra kartoqrafiya biznesini özündə saxlamış “Nokia” şirkəti “Android” platforması üçün “HERE Maps” tətbiqinin çıxarılmasını elan edib.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Nokia”nın yeni proqramı ilk öncə “Samsung” smartfonlarının, xüsusən “Galaxy S5”-in istifadəçilərinə əlçatan olacaq. “Windows Phone” üçün versiyada olduğu kimi, tətbiq xəritələri yaddaşda saxlamaq imkanına malik olacaq. Bundan başqa, “HERE Maps” “Samsung Gear S” smart saatları ilə sinxronlaşa və marşrut xəttini aksessuarda göstərəcək.
 
Tətbiqin çıxarılması cari ilin oktyabrına planlaşdırılıb.
 
Emil Hüseynov




01/09/14    Çap et