Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OneDrive” xidmətində faylların ölçüsünə məhdudiyyət qoyulub


“Microsoft” şirkəti “OneDrive” “bulud” saxlancına yüklənən faylın ölçüsünə 2 QB-lıq məhdudiyyəti aradan qaldırıb.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hazırda “OneDrive” xidmətində maksimal limitin nə qədər olması haqda məlumat yoxdur. Müqayisə üçün, “Dropbox” “bulud” saxlancında bir fayl üçün qoyulmuş məhdudiyyət 10 QB-dır, "Google Disk"də bu göstərici 5 TB-dır.
 
"Biz az sayda istifadəçilər üçün bu prosesə başlamışıq və bütün müştərilərimiz üçün bu davam edəcək. Yaxın gələcəkdə daha bir yeniləmə haqda məlumat verəcəyik, OneDrive bloqunu izləyin", — “Microsoft”un mətbuat xidmətindən “The Next Web” nəşrinə bildirilib.
 
Emil Hüseynov




02/09/14    Çap et