Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada mobil rabitə üçün tezlik diapazonu ayrılacaq


Desimetrlik diapazondan istifadə üzrə yüksəksəviyyəli qrupun sədri, Avropa İttifaqının (Aİ) ticarət üzrə keçmiş komissarı Paskal Lami 2020-ci ilədək 700 MHs tezlik diapazonunu genişzolaqlı mobil rabitə üçün boşaltmağı tövsiyə edir.

Hazırda bu diapazondan yerüstü televiziya yayımı və radiomikrofon üçün istifadə edilir. Qeyd olunur ki, desimetrlik diapazonun 700 MHs tezliyindən aşağı olan tezliklərini 2030-cu ilədək televiziya yayımı şirkətləri üçün ehtiyatda saxlamaq lazımdır. P.Lami hesabatda mobil rabitə üçün 470-696 MHs diapazonunda tezliklərin ayrılması ilə bağlı təklifə tərəfdar çıxmamağı tövsiyə edir.   
 
Qrup iştirakçıları – Avropanın yayım şirkətlərinin, rabitə operatorlarının və texnoloji şirkətlərinin rəhbərləri 700 MHs diapazonunun boşaldılması və 700 MHs-dən aşağı tezliklərin yalnız yayım üçün ayrılması müddəti ilə bağlı yekdil fikrə gələ bilməməsinə görə qrup sədri məruzəni özü hazırlayıb.
 
“GSMA” Mobil Operatorlar Assosiasiyasının nümayəndələri bu diapazonun azad edilməsi niyyətini dəstəkləsələr də, prosesin sürətləndirilməsinə təkid edərək televiziya yayımı üçün 700 MHs-dən aşağı diapazonun saxlanılması ilə bağlı səsləndirilən fikrin Avropada genişzolaqlı rabitənin inkişafına mane ola biləcəyi qənaətindədirlər, - " www.osp.ru” yazır. 




02/09/14    Çap et