Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada çiplərin satışı 15 faiz artıb


Avropada yarımkeçiricilər sahəsinin həcmi 2014-cü ilin iyulunun yekunları üzrə 3,273 milyard dollar təşkil edib. İllik hesablamada çiplərin satışı 15 faiz artıb. Bu barədə Avropa Yarımkeçiricilər Sənayesi Assosiasiyası (European Semiconductor Industry Association, ESIA) “World Semiconductors Trade Statistics” (WSTS) təşkilatına istinadən məlumat verib.
 
İyulda yarımkeçirici mikrosxem istehsalçılarının dünya səviyyəsində mədaxili 28 milyard dolları ötərək ötən ayla müqayisədə 2,4 faiz artıb. Daha çox tələbat fərdi kompüter və avtomobillər üçün həllərdə qeydə alınıb. Davamlı artım əksər əsas seqmentlərdə müşahidə olunub. 
 
Avro və dolların məzənnəsinin dəyişməsi Avropanın yarımkeçiricilər bazarına təsir göstərib. Onun yerli valyutada həcmi iyulun yekunları üzrə 2,4 milyard avroya çatıb ki, bu da bir ay əvvəlin göstəricisindən 3,6 faiz, ötən ilin iyulu ilə müqayisədə 10,2 faiz çoxdur.
 
“Gartner” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə dünya yarımkeçirici məhsullar bazarının həcmi 315 milyard dollar təşkil edib ki, bu da bir il əvvəldən 5 faiz yüksəkdir, - “.www.dailycomm.ru” yazır. 




03/09/14    Çap et