Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkətinin gəlirləri artıb


Tayvanın “HTC” smartfon istehsalçısı 2014-cü ilin avqustunda gəlir artımı qeydə alıb. Maliyyə göstəricilərinin yaxşılaşması “HTC” smartfonlarının ikinci nəslinin Asiya bazarlarına tədarükünün başlanması ilə bağlıdır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, şirkətin məlumatına əsasən, avqustun yekununa görə şirkətin mədaxili 14,5 milyard Tayvan dolları (təxminən 484 milyon ABŞ dolları) təşkil edib ki, bu da iyulun göstəricisi ilə müqayisədə 37,1 faiz yüksəkdir və 2013-cü ilin avqustunun göstəricisini 10.4 faiz üstələyir.
 
2014-cü ilin əvvəlindən “HTC” şirkətinin satış həcmi 123,3 milyard Tayvan dollarına (4,1 milyard ABŞ dolları) çatıb.
 
Avqustda qeydə alınmış artım 19 avqust tarixində təqdim edilmiş “HTC Butterfly 2” qabaqcıl modelinin çıxarılması ilə izah edilib. 29 avqust tarixindən Yaponiyada satışa çıxarılıb, 2 sentyabrdan isə Tayvan bazarında əlçatan olacaq.

Emil Hüseynov




03/09/14    Çap et