Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət maraqları naminə siyasi yönündən asılı olmayaraq onlayn KİV də vahid mövqedən çıxış etməlidir



Azərbaycanda fəaliyyət göstərən bəzi onlayn kütləvi informasiya vasitələrinin informasiya siyasəti dövlətin maraqları ilə üst-üstə düşmür.
 
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verərkən onlayn jurnalistikaya daha çox diqqət çəkib.
 
O bildirib ki, dövləti maraqları naminə siyasi yönündən asılı olmayaraq, mətbuat vasitələri vahid mövqedən çıxış etməlidirlər.
 
"Çox təəssüf ki, biz bu sözləri Azərbaycan jurnalistikasına tam aid edə bilmirik. Daha çox onlayn jurnalistikada bəzi Azərbaycanı istəməyən ayrı-ayrı mərkəzlərin iradları ilə həmin KİV-in mövqeləri üst-üstə düşür. Bu da istər-istəməz hər bir Azərbaycan vətəndaşını narahat etməlidir. Ona görə də mətbuatımız bu məsələlərdə diqqətli olmalıdır"- deyə, Ə.Amaşov bildirib.
 
 
SEYMUR
 




04/09/14    Çap et