Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Yenidənqurma və İnkişaf Bankı yaxın bir ildə Azərbaycanda bir neçə İT layihəsini maliyyələşdirəcək


Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il bir neçə Azərbaycan İT layihəsinin həyata keçirilməsinə vəsait ayırmaq niyyətindədir.
 
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycandakı rəsmi rezidenti Neyl Makkeynin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu layihələr Azərbaycanın iri İT şirkətləri tərəfindən banka təqdim edilib və yerli banklar vasitəsi ilə maliyyələşəcək.
 
“Bu, əsasən proqram təminatının istehsalı və tətbiqi ilə bağlı maraqlı layihələrdir və ümumilikdə bir neçə milyon manat həcmində maliyyələşmə nəzərdə tutur. Layihələrin maliyyələşməsi haqda açıqlamaları biz gələn ilin ortalarına kimi ictimaiyyətə təqdim edəcəyik”, - deyə o qeyd edib.
 
Aynur Vəliyeva




04/09/14    Çap et