Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda mediada informasiya təhlükəsizliyi məsələlərinə həsr olunacaq konfrans keçiriləcək


Bakıda sentyabrın 5-də “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir  Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə qəzet, informasiya agentlikləri baş redaktorlarının və internet xəbər portallarının rəhbərlərinin iştirakı ilə keçiriləcək.
Konfransda ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında dərc olunmuş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılacaq, informasiya təhlükəsizliyinin daha səmərəli şəkildə qorunması istiqamətində KİV-in üzərinə düşən vəzifələr müzakirə olunacaq.
 
Aynur Vəliyeva




05/09/14    Çap et