Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un bazar kapitallaşdırması ilk dəfə 200 milyard dolları ötüb


“Facebook”un bazar kapitallaşdırması ilk dəfə 200 milyard dolları ötüb.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir. Aylıq auditoriyası 1,32 milyard istifadəçi təşkil edir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən təsis edilib.
 
2014-cü ilin ikinci rübündə sosial şəbəkənin xalis mənfəəti ötən illə müqayisədə iki dəfə (138%) artaraq 791 milyon dollar olub.
 
Hesabat dövründə gəlirin həcmi 61% artaraq 2,91 milyard dollar təşkil edib. Rüblük gəlirin çox hissəsi (92%) reklamdan əldə olunan gəlirin payına düşür.
 
Emil Hüseynov




09/09/14    Çap et