Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq İnternet Cəmiyyəti “ISOC” Azərbaycanla əməkdaşlığını genişləndirmək niyyətindədir


Beynəlxalq İnternet Cəmiyyəti (ISOC) Azərbaycana yeni təşəbbüslər təklif etmək niyyətindədir.


“ISOC”-un proqramlar üzrə direktoru Andrey Robaçevskinin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, təşkilat “Eurasia Network Operators Group-8” forumu çərçivəsində Azərbaycana internetin təhlükəsizliyinin təmin edilməsi və marşrutlama ilə bağlı təşəbbüslərini təqdim edəcək.
 
“ISOC-un hazırda 6 regional bölməsi və 100-dək çapteri mövcuddur. Azərbaycanda çapterin yaradılması üçün yerli internet cəmiyyəti bizim məqsəd və missiyamızla tam razı olmalı və müraciət etməlidir. Gələcəkdə biz Azərbaycanla əməkdaşlığımızı genişləndirmək niyyətindəyik” -   deyə o bildirib.
 
Ekspertin sözlərinə görə, Azərbaycanda “ISOC”-un çapterinin yaradılması ölkəyə internet sahəsində baş verən ən son yeniliklərlə və yeni tendensiyalarla tanış olmaq imkanı əldə edəcək. Eləcə də ölkəmiz bu beynəlxalq təşkilatın tədbirlərində iştirak edə, təcrübə mübadiləsi apara və  “ISOC”-un loqosundan istifadə edə biləcək.
 
Aynur Vəliyeva




09/09/14    Çap et