Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti sosial şəbəkə yaradır


“PandoDaily” portalı “Apple” mühəndislərinin komandasındakı mənbəyə istinadən yazır ki, ABŞ-ın “Apple” korporasiyası “Path” sosial şəbəkəsini satın ala bilər. O deyib ki, tərəflər kağız üzərində imza atmasalar da, razılığa gəliblər.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, mənbənin iddiasına əsasən, şirkət “Path” sosial şəbəkəsini qismən və ya tamamilə “Messages” mesaj göndərmə xidməti ilə birləşdirmək niyyətindədir.

“Path” sosial şəbəkəsi “Facebook”un keçmiş top-meneceri Deyv Morin və “Napster”in həmtəsisçisi Şon Fenninq tərəfindən hazırlanıb. Xidmət xəbər, foto və musiqi paylaşmaq imkanına malik sosial şəbəkədir. Şəbəkə istifadəçisinin kontaktındakı dost limiti 150-dən çox ola bilməz. Auditoriyası 25 milyon istifadəçi təşkil edir.


Emil Hüseynov
 




11/09/14    Çap et