Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” sentyabrın 30-da yeni əməliyyat sistemi haqda məlumat verəcək


“The Wall Street Journal” (WSJ) nəşri yazır ki, “Microsoft” korporasiyası Silikon vadisində yerləşən şirkətlərə göndərdiyi dəvətdə “Windows” və korporasiyanın gələcəyi haqda xəbər tutmağı təklif edib.


“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədbir 30 sentyabr tarixində keçiriləcək. “WSJ” mənbələri iddia edir ki, əməliyyat sisteminin növbəti versiyası – “Windows 9” platforması nümayiş etdiriləcək.

Şirkətin nümayəndələri korporativ istifadəçilərə yeni ƏS-nin imkanları haqda məlumat verməyi planlaşdırır.

Biznes-firmalara satışlar ABŞ korporasiyasının gəlirinin 66%-ni təşkil edir, amma 2012-ci ildə bəzi fərdi kompüter istifadəçiləri “Windows 8” platformasından narazı qalıblar. Cari ƏS-nin interfeysi sensor ekranlar üçün uyğunlaşdırılıb.

Emil Hüseynov




16/09/14    Çap et