Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daha bir onlayn taksi çağırışı servisi işə başlayıb


Azərbaycanda “Android” qurğular üçün nəzərdə tutulan yeni “Taxi Tap” onlayn taksi çağırışı servisi işə başlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Taxi Tap” servisindən “Google Android” üzərində işləyən smartfonlarla yanaşı, xüsusi saytda forma doldurmaqla istifadə etmək olar.
 
Servis həmçinin sifarişçinin seçdiyi avtomobilin rahatlığından asılı olaraq tariflərlə tanış olmağa imkan verir. Taksi xidmətləri ilə yanaşı, “Taxi Tap” aeroporta transfer və “ayıq sürücü” xidmətlərindən istifadə edə bilər. Bu günədək servis artıq 5 mindən çox dəfə yüklənib. Servisi https://play.google.com/store/apps/details?id=com.taxi.tap internet ünvanından yükləmək olar.
 
Aynur Vəliyeva




17/09/14    Çap et