Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumdünya informasiya texnologiyaları və xidmətləri alyansı Meksikada ICANN Günü keçirəcək


Oktyabrın 1-də Qvadalaxarada (Meksika) Ümumdünya indformasiya texnologiyaları və xidmətləri alyansı (WITSA) ICANN günü təşkil edir.
 
Tədbir çərçivəsində Lokal Zona Kodlarının (LAC) strateqiyalarının layihələrinin təqdimatları keçiriləcək.
 
ICANN günü regionda əsas məsələlər üzrə məlumatların təqdim edilməsi üçün nəzərdə tutulub.
 
Tədbirin proqramına İPv6, kritik DNS infrastrukturunun  təhlükəsizlik, sabitlik və dayanıqlığı və yeni gTLD proqramının ümumi mühitə təsiri  məsələləri müzakirə ediləcək.
 
Eyni zamanda, internetin, provayderlərin inkişafı, texnologiyaların və siyasətin kəsişməsi, IPv4 internet ünvanlarının çatışmamazlığı və IPv6-ya keçid ətrafında fikir mübadiləsi aparılacaq.
 
Aynur Vəliyeva




20/09/14    Çap et