Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” “.buy” domen zonası üçün 4,59 milyon dollar ödəyib


“Amazon” internet şirkəti “.buy” domen zonası üçün 4,59 milyon dollar ödəyib. Şəbəkədə domen zonasını koordinasiya edən “ICANN” təşkilatı satış üzrə hərrac keçirib.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda yeni domen zonası ilə bağlı “Amazon”un planları məlum deyil.
 
Qeyd edək ki, “ICANN”, həmçinin “.tech” və “.vip” domen zonalarını hərraca çıxarıb.
 
Emil Hüseynov




22/09/14    Çap et