Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 8” “Apple”ın ən problemli mobil əməliyyat sistemi adlandırılıb


"Apple" korporasiyasının statistikasına əsasən, "iOS 8" platforması açıq girişdə yerləşdiriləndən ötən bir həftə ərzində "App Store" mağazasına girişə malik "iPhone", "iPad" və "iPod touch" istifadəçilərinin 50%-i bu əməliyyat sistemini öz qurğularına quraşdırıblar.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü il sentyabrın 21-nə olan məlumata görə, "alma" qurğularının 46%-i "iOS 8" platforması ilə idarə olunur. "iOS 7" platformasının bazar payı 49% təşkil edir.
 
"Mixpanel Trends" analitik xidmətinin statistikasına əsasən, 2014-cü il sentyabrın 23-nə olan vəziyyətə görə, "iOS" aparat sahiblərinin 30,76%-i "iOS 8" sisteminə keçib. "iOS 7" platforması "alma" qurğularının 64,32%-nə quraşdırılıb.
 
Emil Hüseynov




23/09/14    Çap et