Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məmurlara xarici smartfonlardan istifadə qadağan olundu


Çin mətbuatı Şanxay şəhərində yerli dövlət qulluqçularına xarici şirkətlərin istehsalı olan smartfonlardan istifadənin qadağan olunmasını yazıb. Qadağa "Apple" və "Samsung" smartfonlarına da şamil edilib.
 
Bu barədə "cecb2b.com" saytı keçmiş ticarət naziri Tsyanqo Veyin Pekin Universiteti tərəfindən təşkil edilən konfransdakı çıxışına istinadən məlumat verib. O bildirib ki, təhlükəsizlik baxımından kadr qulluqçulara yalnız Çinin "Huawei" şirkətinin istehsalı olan smartfonlardan istifadəyə icazə verilir. ABŞ istehsalı olan smartfonlar, o cümlədən "Apple" məhsulları təhlükəsizlik üçün təhdid törədir. İyulda Çin mətbuatı "Apple" şirkətini "iOS 7" əməliyyat sisteminin istifadəçinin tez-tez getdiyi yerləri müəyyən edən funksiyasından izləmə üçün istifadə olunmasında təqsirləndirib. "Apple" nümayəndələri bu ittihamları rədd edib.   
 
"Jenmin Jibao" qəzeti xatırladıb ki, Çin "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının satışına başlandığı ilk ölkələr qrupuna daxil deyil. Qəzet yazır ki, bu, "Apple"ı Çində etibardan salacaq. Hazırda yeni modellər satışa çıxarılmayıb, yerli istehsalçılar bazardakı boşluğu doldurmağa hazırdır, - "Computerworld " yazır. 




24/09/14    Çap et