Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin 8 ayı ərzində Naxçıvan MR-də 444 POS-terminal quraşdırılıb


Naxçıvan Muxtar Respublikasında POS-terminalların sayı artırılıb.
 
Naxçıvan MR-in bu ilin yanvar-avqust ayları üzrə sosial-iqtisadi inkişaf hesabatında qeyd olunur ki, 1 sentyabr 2014-cü il tarixə muxtar respublikada POS-terminalların sayı 692-yə çatıb. Bu da 1 yanvar 2014-cü il tarixdəki göstəricidən 444 ədəd çoxdur.
 
 
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərməkdədir.
 
 
CAHANGİR
 
 




25/09/14    Çap et