Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın Rabitə Nazirliyi 5 il ərzində ölkədə internetin nüfuzetmə səviyyəsini 97%-ə çatdırmaq niyyətindədir


Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi yaxın illərdə ölkənin bütün sakinləri üçün müasir rabitə, informasiya-kommunikasiya texnologiyaları və internet-xidmətlərin hər yerdə istifadəsini təmin etmək niyyətindədir. Bu haqda Moskvada Beynəlxalq Universitetin tələbələri qarşısında çıxışı zamanı Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar Nazirl  Nikolay Nikiforov bildirib.
 
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, nazir  deyib ki, 3-5 il ərzində 250-dən çox sakinə malik ucqar regionlara optik lif xətləri çəkmək planlaşdırılır.
 
"Əgər bu gün ölkədə internetin nüfuzetmə səviyyəsi 55% təşkil edirsə, beş il sonra bu göstərici təxminən iki dəfə artacaq" – nazir deyib.
 
Emil Hüseynov




27/09/14    Çap et