Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir xidmətin abunə haqqını “Hesab.az” vasitəsi ilə onlayn qaydada ödəmək mümkünləşib


“Hesab.az” internet ödəmə portalına qoşulan şirkətlərin sayı artmaqda davam edir. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, internet üzərindən TV fəaliyyəti göstərən “OTT.az” saytı da “Hesab.az” portalına qoşulub.
 
Artıq “OTT.az” abunəçiləri “Hesab.az” saytı vasitəsi ilə abunə haqqını ödəyə biləcəklər.
 
Qeyd edək ki, “GoldenPay” ödəmə texnologiyaları ilə çalışan portala 300-dən çox Azərbaycan şirkəti qoşulub.
 
CAHANGİR




27/09/14    Çap et