Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BethClip” layihəsi “Startup İstanbul”da təmsil olunur


"QUTechnopark"-ın təşkil etdiyi "Yeni Fikir-2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi "Startup İstanbul"da təmsil olunur. 27-30 sentyabr  tarixlərini əhatə edən yarışmaya 40-dan artıq ölkədən mindən çox iştirakçı qatılıb. 200-ə yaxın investor qarşısında çıxış edən startupların sayı isə 100-dən çoxdur.
 
 
Bu barədə məlumat verən "QUTechnopark"-dan qeyd edilib ki,  "eTohum" tərəfindən təşkil olunan "Startup İstanbul"un əsas məqsədi Asiya və Avropadan startupları, investorları, mələk yatırımçıları bir arada toplamaqdır.
 
 Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur. Proqram "Microsoft"un Türkiyədəki ofisində baş tutacaq və  "Pitch" mərhələ ilə davam edəcək.
 
 
 
Həqiqət İSABALAYEVA




29/09/14    Çap et