Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Server 2003” sisteminin dəstəklənməsi gələn il dayandırılacaq


“Microsoft” korporasiyası “Windows Server 2003” server əməliyyat sisteminin dəstəklənməsini 14 iyul 2015-ci ildə dayandıracaq.

Ekspertlərin sözlərinə görə, istifadəçilərin dəstəklənmə dayandıqdan sonra qarşılaşacaqları problemlər “Windows XP” sisteminin dəstəklənməsi dayandırıldıqdan sonra yaranan problemlərdən daha ciddi ola bilər.
 
“Ötən ilin aprelində “Microsoft” "Windows XP”-nin dəstəklənməsini dayandıranda, ABŞ şirkətlərinin dörddə bir hissəsi əməliyyat sistemindən istifadəni davam etdirib ki, bu da bir sıra problemlərə səbəb olub və təhlükəsizlik üçün əsl çağırışa çevrilib”, - “Insight Enterprises” texnoloji şirkətinin rəhbəri Devid Mayer deyib.
 
Ekspert bildirib ki, masaüstü kompüterlər üçün problem olan “XP”-dən fərqli olaraq "Windows Server 2003”-ün dəstəklənməsinin sona çatması serverlər üçün təhlükə törədir və çoxlu işgüzar əməliyyatlara mənfi təsir göstərə bilər.
 
D.Mayerin sözlərinə görə, quraşdırılan “Microsoft Server”-in 39 faizi məhz 2003-cü il versiyasıdır. Bu, 24 milyon server deməkdir ki, onun da 9,4 milyonu ABŞ-da istifadə edilir. Bəziləri daha əvvəlki “SQL Server” versiyası və ya digər məlumat bazası əlavələri ilə işləyir. Ekspert qeyd edib ki, “SQL Server 2005”-in dəstəklənməsi 2016-cı ildə başa çatacaq.
 
“Windows Server 2003”-ün stabil və etibarlı əməliyyat sistemi olmasına baxmayaraq məxfi məlumatlarla işləyən təşkilatlar (məsələn, səhiyyə və maliyyə müəssisələri) öz server əməliyyat sistemlərini yeniləməyəcəyi təqdirdə normativ tələblərə cavab verməmək riski ilə üzləşə bilər, - "SecurityLab” yazır.  
 




30/09/14    Çap et