Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının enerji operatoru “BesMobile” proqramını abunəçilərinin istifadəsinə verib


"Bakıelektrikşəbəkə" ASC smart və "Android" tipli mobil telefon istifadəçiləri üçün "BesMobile" proqramını istifadəyə verib.
 
Səhmdar Cəmiyyətdən verilən məlumata görə, istifadəçi  proqramı mobil telefona yükləməklə borcu, faktura, ödəmələri,  həmçinin  elektron müraciətdən yararlanmaq imkanı əldə edir.
 
Proqram 3 dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
 
"BesMobile" proqramını  "PlayStore"dan "https://play.google.com/store/apps/details?id=air.net.fullflash.beshmobile&hl=en"  linki vasitəsi ilə ödənişsiz yükləmək olar.
 
CAHANGİR
 




02/10/14    Çap et