Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SAZZ 4G İnternet” Qurban bayramı münasibətilə hədiyyə kampaniyası keçirir


Qurban bayramı günlərində oktyabrın 4-dən 7-dək “Sazz 4G  İnternet”ə yeni abunə olanlara “Sazz USB Flash” modemi və 30 gün hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və 2 (iki) aylıq abunə haqqını 50 AZN (əlli manat) əvvəlcədən ödəmək kifayətdir.
 
Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən baş ofisində, eləcə də digər “Sazz 4G” satış nöqtələrində keçərli olacaq. “Sazz 4G” satış nöqtələri həftənin 7 günü, o cümlədən rəsmi bayram günlərində də müştərilərin ixtiyarındadır.

Xatırladaq ki, “Sazz 4G İnternet” ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
 
“SAZZ 4G” genişzolaqlı simsiz İnternet xidməti Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Lənkəran, Lerik, Masallı və Astara şəhərlərində xidmət göstərir.
 
RƏVAN




03/10/14    Çap et