Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir elektron xidmətin videotəlimatı hazırlanıb


Məlumat Hesablama Mərkəzinin (MHM) mütəxəssisləri “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədi ilə mütəmadi olaraq videotəlimatlar hazırlayaraq istifadəçilərə təqdim edir.
 
Mərkəzdən verilən məlumata görə, növbəti videotəlimat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsi ilə təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti üçün hazırlanıb.
 
Videotəlimatda elektron xidmətdən istifadə qaydaları üzrə metodik göstərişlər öz əksini tapıb.
 
CAHANGİR




09/10/14    Çap et