Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az”da daha provayderin xidmət haqlarını ödəmək olacaq


Azərbaycanın daha bir internet provayderi - “Connect Fiber Optik” artıq “Hesab.az” ödəniş portalına qoşulub.
 
“Hesab.az”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, beləliklə, artıq “Connect Fiber Optik”in istifadəçiləri abunə haqlarını “Hesab.az” portalından ödəyə biləcəklər.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.



Aynur Vəliyeva
 




10/10/14    Çap et