Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT-in İnkişafı Dövlət Fondu gələn həftə növbəti qrant müsabiqəsini elan edəcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası bu gün növbəti qrant müsabiqəsinin elan edilməsi tarixini müəyyən edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Müşahidə Şurasının qərarına əsasən müsabiqə oktyabrın 15-də elan ediləcək və bir ay müddətində davam edəcək.
 
Budəfəki qrant müsabiqəsi e-ticarət, e-xidmətlər, mobil həllər, innovativ İKT xidmətlərinin və informasiya texnologiyalarının tətbiqi və sair mövzuları əhatə edəcək.
 
Aynur Vəliyeva




10/10/14    Çap et