Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenova” yeni planşetini nümayiş etdirib


“Lenovo” şirkəti 2560×1600 piksel təsvir ölçülü 13,3 düymlük ekran, daxili proyektor və 9600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmiş “Yoga Tablet 2 Pro” planşetini nümayiş etdirib.

Aparat 15 saatadək avtonom işləyir. 1,83 QHs-dək takt tezlikli “Intel Atom Z3745” prosessoru quraşdırılıb.


"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aparat “Android 4.4” əməliyyat sistemi ilə işləyir. Model, həmçinin 2 QB əməli və 32 QB daxili yaddaş, “microSD” slotu, “Wi-Fi” və “Bluetooth 4.0” modulları, HDMI konnektoru, 8 meqapiksellik əsas və 1,6 meqapiksellik ön kameralar, ön stereo dinamiklər və JBL sabvuderi ilə təchiz edilib. “Yoga Tablet 2 Pro” planşetinin çəkisi 950 qr-dır. Planşetin qiyməti 500 dollar təşkil edir.

Emil Hüseynov




10/10/14    Çap et