Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “MilliNet 2014” müsabiqəsinə 50-dən çox sayt təqdim olunub


Milli İnternet Mükafatı – “MilliNet 2014” müsabiqəsinə indiyədək  52 sayt təqdim edilib. 

Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqəyə qatılmaq istəyənlər  “www.millinet.az” saytına daxil olmaqla 14 nominasiyanın biri və ya bir neçəsi üzrə öz saytlarını və internet layihələrini milli saytların yarışmasına təqdim edə bilərlər.
 
Müsabiqədə saytların qeydiyyatı 25 noyabrda başa çatacaq. İnternet istifadəçiləri müsabiqəyə qəbul edilən saytlara şərhlər yazmaqla münasibət bildirə bilərlər.
 
Saytların qiymətləndirilməsi 3 istiqamət  (kontent, dizayn və funksionallıq) üzrə 15 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən aparılır. 
 
Qeyd edək ki, “MilliNet” münsiflərinə aidiyyəti olan saytlar müsabiqəyə buraxılmır.
 
CAHANGİR




14/10/14    Çap et