Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” şərhlərə stiker yerləşdirməyə imkan verib


“Facebook” sosial şəbəkəsi istifadəçilərin profil səhifələri, qrup və tədbirlərdəki yazılarına edilmiş şərhlərə emosiyaları təsvir edən stikerləri əlavə etməyə imkan verib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, indiyədək istifadəçinin öz emosional reaksiyasını təsvir etməyə imkan verən stikerlər “Messenger” tətbiqində və şəxsi mesajlarda əlçatan olub. “Facebook”da stikerlər ilk dəfə ötən yay əlçatan olub.

Şərhlərə əlavə edilmiş stikerlər mesajlarda olduğu kimi, eyni prinsip üzrə işləyir. İstifadəçinin ixtiyarında standart smaylik dəsti var, ancaq əlavə kolleksiyaları “Facebook”un stiker mağazasından yükləmək olar. Bu kolleksiyalar hələ ki ödənişsizdir, amma gələcəkdə “Facebook” pul tələb edə bilər.

"Düşünürəm ki, stikerlər yazılara adi sözlərlə müqayisədə daha maraqlı cavab verməyə imkan verəcək. Siz kədərlənən dostunuzu dəstəkləyə və bir çox başqa reaksiyalarınızı ifadə edə bilərsiniz" – sosial şəbəkənin tərtibatçısı Bob Bolduin öz “Facebook” səhifəsində yazıb.

Emil Hüseynov




14/10/14    Çap et